
İlon Maskın xAI şirkəti emissiya qaydaları ilə bağlı tənqid olunur
Fins.az - İlon Maskın təsis etdiyi xAI şirkəti ABŞ-də ekoloji tələblərə əməl etməməsi ilə bağlı tənqidlərin hədəfinə çevrilib.
Məlumata görə, şirkət Memfis bölgəsində yerləşən “Colossus 2” məlumat mərkəzini enerji ilə təmin etmək üçün təxminən 60 qaz turbini quraşdırıb. Bildirilir ki, bu avadanlıqlar çirkləndirici maddələrin emissiyası ilə bağlı tələb olunan federal icazələr alınmadan istifadəyə verilib.