İlon Maskın sərvəti bir gündə 5 milyard dollar artdı

İlon Maskın sərvəti bir gündə 5 milyard dollar artdı

DÜNYA
908

Tesla” şirkətinin baş direktoru İlon Maskın sərvəti son 24 saat ərzində 4,6 milyard dollar artıb.

Fins.az xəbər verir ki, bu məlumat real vaxt rejimində yenilənən “Forbes Real-Time” dən götürülüb. İlon Maskın kapitalı 13,11% artıb ki, bu da Avropanın ən zəngin adamı Bernard Arno ilə müqayisədə 2,3 milyard dollar çoxdur.

“Forbes” jurnalı İlon Maskın mülkünü 39,3 milyard dollar dəyərində qiymətləndirir. 2019-cu ilin oktyabrında dünyanın ən zəngin 400 adamın reytinqi dərc edilmişdir. Bu siyahıda sahibkar 40-cı yer almışdır. Qiymətləndirmələrə görə, bir il ərzində İlon Maskın sərvəti 19,4 milyard dollar artıb və o, dünyanın ən zəngin insanları reytinqində artıq 24-cüdür.

Xatırladaq ki, bazar ertəsi günü “Tesla” səhmləri 20% artaraq rekord səviyyəyə çatıb – 780 dollar. Şirkətin avtomobil istehsalı güclənib: 112 min avtomobil satılıb ki, bu da “Tesla” nın inkişaf tarixində rekord göstəricidir. 2019-cu ildə şirkət ümumilikdə 367 avtomobil satıb.

Fevralın 4-ü “Tesla” səhmlərinin qiyməti daha çox artaraq 880 dollar qiymətinə çatıb (+13%). Şirkətin kapitallaşması 140,6 milyard dollar dəyərində qiymətləndirilir. Hal-hazırda “Tesla” yalnız “Toyota” dan geridə qalır: Yaponiya şirkəti təqribən 200 milyard dollar dəyərində qiymətləndirilir.

© Banker

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlon Maskın sərvəti bir gündə 5 milyard dollar artdı — Fins.az — Fins.az