İlon Mask dünyanın ilk trilyoneri ola bilər

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

DÜNYA
324

Fins.az - ABŞ-ın “SpaceX” şirkəti birjaya çıxış üçün müraciət edib. Bu IPO tarixdə ən iri səhmlərin yerləşdirilməsi ola və şirkətin təsisçisi İlon Maskı dünyanın ilk trilyoneri edə bilər.

Məlumata görə, ilkin ictimai təklifin iyun ayında keçirilməsi gözlənilir və 75 milyard dollara qədər vəsait cəlb oluna bilər. Bu göstərici 2019-cu ildə müəyyən edilmiş əvvəlki rekorddan xeyli yüksəkdir.

Analitiklərin qiymətləndirməsinə əsasən, “SpaceX”in bazar dəyəri 1,5 trilyon dollara çata bilər. Şirkətin təxminən 42% səhminə sahib olan Maskın sərvəti artıq 823 milyard dollar səviyyəsində qiymətləndirilir və bu, onu trilyon dollarlıq həddə yaxınlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlon Mask dünyanın ilk trilyoneri ola bilər — Fins.az — Fins.az