İlon Mask Apple-a "müharibə" elan etdi

İlon Mask Apple-a "müharibə" elan etdi

DÜNYA
467

Twitter-in yeni sahibi Elon Musk (İlon Mask) Twitter vasitəsilə ABŞ-ın texnologiya nəhəngi Apple-a “müharibə” elan edib. Mask tvitində "Apple Twitter-də reklamını demək olar ki, dayandırıb. Onlar Amerikada söz azadlığına nifrət edirlər?" yazdıqdan sonra o, Apple-ın Baş direktoru Tim Cook-u işarələyib və "Burada nə baş verir?" paylaşıb.

Tesla-nın Baş direktoru və Twitter-in yeni rəhbəri İlon Mask bazar ertəsi günü Apple-ın Twitter-dəki reklamlarının əksəriyyətini dayandırdığını bildirib. Həmçinin Mask, Apple-ın Twitter-i şirkətin tətbiqini AppStore mağazasından silməklə hədələdiyini açıqlayıb.

Marja xəbər verir ki, İlon Mask Apple şirkətini tətbiq mağazasında edilən satışlardan haqq almaqda ittiham edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İlon Mask Apple-a "müharibə" elan etdi — Fins.az — Fins.az