İƏİT qlobal iqtisadi artım proqnozunu aşağı salıb

İƏİT qlobal iqtisadi artım proqnozunu aşağı salıb

DÜNYA
419

Fins.az - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) qlobal iqtisadi artım üzrə proqnozunu aşağı salıb. Buna əsas səbəb kimi Yaxın Şərqdə baş verən münaqişə və enerji bazarındakı qeyri-müəyyənlik göstərilir.

Təşkilatın son hesabatına görə, 2026-cı ildə dünya üzrə ÜDM artımının 2,9 faiz olacağı gözlənilir. Bu göstərici 2025-ci ildə qeydə alınan 3,3 faizdən aşağıdır. 2027-ci il üçün isə artımın 3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

İƏİT ekspertləri bildirirlər ki, geriləmənin əsas səbəblərindən biri enerji qiymətlərinin artması və Hörmüz boğazında yaranmış vəziyyətin inflyasiya risklərini yüksəltməsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İƏİT qlobal iqtisadi artım proqnozunu aşağı salıb — Fins.az — Fins.az