Hörmüz boğazında Cənubi Koreya gəmisində partlayış: xəsarət alan yoxdur

Hörmüz boğazında Cənubi Koreya gəmisində partlayış: xəsarət alan yoxdur

DÜNYA
399

Fins.az - Hörmüz boğazında Cənubi Koreya şirkətinə məxsus yük gəmisində baş verən partlayış və yanğın nəticəsində heyət üzvlərindən xəsarət alan olmayıb.

Hadisə HMM Namu adlı gəmidə qeydə alınıb. Gəmidə olan 24 nəfərlik heyətin 6-sı Cənubi Koreya vətəndaşı, qalanları isə digər ölkələrin vətəndaşlarıdır.

Rəsmi məlumata görə, yanğın tam söndürülüb. Gəmi zərərin qiymətləndirilməsi və təmir işləri üçün yaxınlıqdakı limanlardan birinə yönləndiriləcək.

Hadisənin dəqiq səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazında Cənubi Koreya gəmisində partlayış: xəsarət alan yoxdur — Fins.az — Fins.az