Hörmüz boğazı ilə bağlı gərginlik artır – İran yeni məhdudiyyətlər planlaşdırır

Hörmüz boğazı ilə bağlı gərginlik artır – İran yeni məhdudiyyətlər planlaşdırır

DÜNYA
318

Fins.az - İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ilə bağlı sərt açıqlama verib.

Qurumun Hərbi Dəniz Qüvvələri bəyan edib ki, bu strateji su yolu artıq əvvəlki rejimdə fəaliyyət göstərməyəcək, xüsusilə ABŞ və İsrail üçün.

Açıqlamaya əsasən, SEPAH genişmiqyaslı planın icrası üçün əməliyyat hazırlıqlarını yekun mərhələyə çatdırıb. Bu isə regionda enerji və logistika təhlükəsizliyi baxımından yeni risklərin yarana biləcəyini göstərir.

Bundan əvvəl İran rəsmiləri də Hörmüz boğazının fəaliyyətinin bərpası üçün yeni şərtlər irəli sürmüşdü. Belə ki, rəsmi Tehran tranzit gəlirlərinin bir hissəsinin müharibə nəticəsində dəyən zərərin kompensasiyasına yönəldilməsini tələb edir.

Qeyd edək ki, İran parlament komitəsi yaxın günlərdə boğazdan keçən gəmilər üçün tranzit ödənişlərinin tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, ABŞ və İsrail üçün tranzit qadağan oluna bilər, eyni zamanda İrana qarşı sanksiyalarda iştirak edən ölkələrə məhdudiyyətlər tətbiq edilə bilər.

Ekspertlər hesab edir ki, bu addımlar qlobal neft tədarük zəncirinə ciddi təsir göstərə və enerji bazarlarında qiymət artımını sürətləndirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...