
Hindistanda Swiss təyyarəsində təcili evakuasiya zamanı 6 nəfər xəsarət alıb
Fins.az - Hindistanda Swiss aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş verən insident zamanı 6 nəfər xəsarət alıb.
Hadisə Yeni Dehlidə yerləşən İndira Qandi Beynəlxalq Hava Limanında qeydə alınıb. Airbus A330 tipli təyyarədə ümumilikdə 232 sərnişin olub.
Uçuşdan əvvəl sürətlənmə mərhələsində mühərriklərdən birində nasazlıq yaranıb və ardınca yanğın baş verib. Ekipaj qalxışı dayandıraraq təyyarənin uçuş-enmə zolağında təcili evakuasiyasını həyata keçirib. Sərnişinlər xilasetmə şişmə traplarından istifadə etməklə təxliyə olunub.
Nəticədə 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Aviaşirkət hadisənin səbəblərinin araşdırılacağını açıqlayıb.