Hindistan "xalis sıfır" karbon emissiyalarını hədəfləyən iqlim planını təsdiqləyir

Hindistan "xalis sıfır" karbon emissiyalarını hədəfləyən iqlim planını təsdiqləyir

DÜNYA
1,263

Hindistanda Nazirlər Kabineti 2070-ci ilə qədər "xalis sıfır" karbon emissiyasına nail olmaq üçün yeni iqlim planını təsdiqləyib.
"Fins.az" xəbər ki,Hindistan hökuməti 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) elan edilmiş karbon emissiyasının azaldılması hədəfləri üçün fəaliyyət planını həyata keçirib.

Nazirlər Kabinetinin təsdiq etdiyi iqlim planına əsasən, Hindistan 2030-cu ilə qədər karbon emissiyalarını 45 faiz azaltmağı və 2070-ci ilə qədər "xalis sıfır" karbon hədəfinə çatmağı hədəfləyir.

Xalis sıfır emissiya o deməkdir ki, insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı, metan və azot kimi qazların miqdarı yer kürəsinin təbii şəkildə udulan istixana qazlarının miqdarı və karbon neytrallığı ilə balanslaşdırılıb.

“Xalis sıfır emissiya” anlayışı ilk dəfə 2015-ci ildə imzalanmış Paris Sazişində istifadə edilərkən, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün götürülmüş öhdəliklər çərçivəsində xalis sıfır emissiyaya çatmağı hədəfləyən ölkələrin sayı getdikcə artmışdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hindistan "xalis sıfır" karbon emissiyalarını hədəfləyən iqlim planını təsdiqləyir — Fins.az — Fins.az