Heineken Rusiyada öz brendi altında pivə istehsalını dayandırır

Heineken Rusiyada öz brendi altında pivə istehsalını dayandırır

DÜNYA
407

Hollandiyanın “Heineken” pivə konserni Rusiyada “Heineken” brendi altında pivə istehsalını və satışını dayandırır.

"Fins.az" xəbər verir ki, lakin bütün zavodlar fəaliyyətini davam etdirəcək.

Heineken Rusiyaya pivə ixracını dayandırmışdı.şirkətin bu barədə yayımladığı məlumatda bildirilir ki,Heineken Rusiyada Heineken brendi altında pivə istehsalını və satışını dayandıracaq. Eyni zamanda, şirkətin ölkədəki bütün zavodları, əməliyyat və kommersiya bölmələri pivə və sidr brendlərinin geniş portfelini saxlayaraq, adi qaydada fəaliyyətini davam etdirəcək

Bundan əlavə, Heineken Rusiya bölməsinin əməliyyatlarından maliyyə gəlirlərindən imtina edib. Konserndə qeyd edildiyi kimi, Heineken vəziyyəti izləyəcək və müxtəlif strateji ssenariləri qiymətləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Heineken Rusiyada öz brendi altında pivə istehsalını dayandırır — Fins.az — Fins.az