Havay adalarında güclü daşqın: minlərlə insan işıqsız qalıb

Havay adalarında güclü daşqın: minlərlə insan işıqsız qalıb

DÜNYA
297

Fins.az - Havay adalarında son 20 ilin ən güclü daşqınlarından biri baş verib. Şiddətli leysan yağışları nəticəsində 2 mindən çox sakin elektrik enerjisiz qalıb.

Məlumata görə, yağıntılar bir həftə əvvəl baş vermiş qış fırtınasından sonra artıq su ilə doymuş torpağa düşüb və bu da vəziyyəti daha da ağırlaşdırıb. Güclü sel suları evləri və avtomobilləri sürükləyib, infrastruktur ciddi zərər görüb.

Rəsmi qurumların ilkin qiymətləndirməsinə əsasən, ümumi ziyan 1 milyard dollardan çox ola bilər. Zərər görən obyektlər arasında yollar, hava limanları, məktəblər və xəstəxanalar da var.

Təbii fəlakət səbəbindən Honolulu şəhərinin şimalında yaşayan 5,5 min nəfər üçün evakuasiya elan edilsə də, sonradan bu qərar ləğv edilib. Xilasedicilər su səviyyəsinin sürətlə artdığı ərazilərdən 200-dən çox insanı təxliyə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Havay adalarında güclü daşqın: minlərlə insan işıqsız qalıb — Fins.az — Fins.az