
H&M İspaniyada 4 min mağaza işçisi tətilə çıxıb
İspaniyada yerləşən dünyaca məşhur İsveç geyim mağazası H&M-in işçiləri maaş artımı tələblərinin yerinə yetirilməməsi səbəbiylə endirim mövsümünün ilk günündə tətilə çıxıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, H&M İspaniyasında 4 min mağaza işçisi tətilə çıxıb.
24 saat işdən çıxan H&M işçiləri İspaniyada bağlı olan 100-dən çox mağazanın qarşısında etiraz aksiyası keçiriblər.
Zəminə Hüseyn
Fins.az