
Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib
Bu ilin yanvar-aprel aylarında Gürcüstanın aviasiya yanacağının 6,2 faizini Azərbaycan təmin edib.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstan bu ilin ilk 4 ayında Azərbaycandan min ton aviasiya yanacağı idxal edib.
İlk dörd ayda Gürcüstanın tədarük etdiyi aviasiya yanacağının ümumi həcmi illik müqayisədə 16,9 faiz azalaraq 16,2 min ton təşkil edib.
© azertac