Gürcüstanda quduzluq səbəbindən karantin elan edilib

Gürcüstanda quduzluq səbəbindən karantin elan edilib

DÜNYA
256

Fins.az - Gürcüstanın şimal-qərbində yerləşən Sameqrelo–Yuxarı Svaneti bölgəsinin Martvili bələdiyyəsində quduzluq faktı qeydə alınıb.

Məlumata görə, Kutaisi sığınacağına gətirilən və şübhəli statusda təcrid olunan küçə itində aparılan analizlər nəticəsində quduzluq təsdiqlənib.

Hadisədən sonra Gürcüstanın Milli Qida Agentliyi ərazi üzrə bütün aidiyyəti qurumları məlumatlandırıb və virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlərə başlanılıb.

Epidemioloji risk səbəbindən yoluxma aşkar edilən bölgədə karantin rejimi tətbiq olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda quduzluq səbəbindən karantin elan edilib — Fins.az — Fins.az