Gürcüstanda mənfi təbii artım qeydə alınıb

Gürcüstanda mənfi təbii artım qeydə alınıb

DÜNYA
297

Fins.az - 2025-ci ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb. Bu, diri doğumların sayının ölüm hallarından az olması deməkdir və fərq 6452 nəfər təşkil edib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ötən il ölkədə 44 319 nəfər vəfat edib ki, bu da 2024-cü illə müqayisədə 0,8 faiz çoxdur. Ən çox ölüm halı Tbilisidə (12 743 nəfər), ən az isə Raça-Leçxumi və Aşağı Svaneti bölgələrində (585 nəfər) qeydə alınıb.

Hesabata əsasən, körpə ölümü göstəricisi hər 1000 diri doğuşa 7,6, beş yaşa qədər ölüm göstəricisi isə hər 1000 nəfərə 9,1 olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda mənfi təbii artım qeydə alınıb — Fins.az — Fins.az