Gürcüstanda elektrik enerjisinin qiyməti artırılıb

Gürcüstanda elektrik enerjisinin qiyməti artırılıb

DÜNYA
286

Fins.az - Gürcüstanda elektrik enerjisinin istehlak qiymətləri artırılıb. Bu qərar Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası tərəfindən qəbul edilib.

Yeni tariflərə əsasən, həm paytaxt Tbilisidə, həm də regionlarda istehlakçılar üçün elektrik enerjisinin qiyməti 5 tetri artırılıb. “EP Georgia” şirkətinin müştəriləri üçün 0–101 kVt/saat istehlak üzrə tarif 15.041 tetridən 20.041 tetriyə, 101–301 kVt/saat üçün 19.053 tetridən 24.053 tetriyə, 301 kVt/saatdan yuxarı istehlak üçün isə 23.537 tetridən 28.537 tetriyə yüksəlib.

Qərar ölkədə enerji sektorunda xərclərin artması fonunda qəbul olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda elektrik enerjisinin qiyməti artırılıb — Fins.az — Fins.az