
Gürcüstanda əcnəbilərlə bağlı qanunvericilik sərtləşdirilir
Fins.az - Gürcüstan Parlamentinin Hüquqi Məsələlər Komitəsi “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri ilk oxunuşda dəstəkləyib.
Məlumata görə, layihə sürətləndirilmiş qaydada nəzərdən keçirilib. Dəyişikliklərlə bağlı məlumatı Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze təqdim edib.
Yeni tələblərə əsasən, Gürcüstanda ali məktəblərə qəbul olmaq istəyən xarici tələbələr hökumət tərəfindən müəyyən edilmiş səviyyədə dil biliyini təsdiqləyən sertifikat təqdim etməlidirlər.