Gürcüstan XİN ABŞ-nin viza depoziti qərarına münasibət bildirib

Gürcüstan XİN ABŞ-nin viza depoziti qərarına münasibət bildirib

DÜNYA
301

Fins.az - Gürcüstan Xarici İşlər Nazirliyi ABŞ-nin Gürcüstan vətəndaşlarına qeyri-immiqrant vizaları üçün depozit tələb etməsi qərarına münasibət bildirib. Nazirlik bu addımı viza siyasətinin pozulması hallarının yüksək olması ilə əlaqələndirib və vətəndaşları ABŞ viza qaydalarına ciddi riayət etməyə çağırıb. Nazirliyin məlumatında bildirilir ki, Tramp administrasiyasının sərt immiqrasiya siyasəti konkret addımlarda öz əksini tapır və yeni tələb daha sərt immiqrasiya siyasətinin bir hissəsidir. Gürcüstan XİN vurğulayıb ki, qaydalara riayət etmək ABŞ ilə əməkdaşlığın davam etməsinə imkan verəcək. ABŞ yeni qaydaya əsasən, Gürcüstan vətəndaşları üçün B1/B2 vizaları üzrə 15 min dollara qədər depozit tələb edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan XİN ABŞ-nin viza depoziti qərarına münasibət bildirib — Fins.az — Fins.az