Gürcüstan qaz və neft idxalını artırıb

Gürcüstan qaz və neft idxalını artırıb

DÜNYA
879

Ötən ay Gürcüstan 56 761,8 min ABŞ dolları dəyərində təbii qaz idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin ümumi idxalında qaz idxalı 9,2% paya sahib olub. İllik müqayisədə Gürcüstanın qaz tədarükündə 25,5% artım qeydə alınıb.

Hesabat ayında Gürcüstanın idxal etdiyi neft və neft məhsullarının dəyəri isə illik müqayisədə 11,9% artaraq 51 597,3 min ABŞ dollara bərabər olub. Bu məhsulun ölkənin ümumi idxalındakı payı 8,3% təşkil edib.

©Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan qaz və neft idxalını artırıb — Fins.az — Fins.az