Gürcüstan Patriarxlığına üç əsas namizəd müəyyənləşib

Gürcüstan Patriarxlığına üç əsas namizəd müəyyənləşib

DÜNYA
334

Fins.az - Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodunda keçirilən səsvermənin nəticələrinə əsasən, patriarx postu üçün üç əsas namizəd müəyyən edilib.

Səsvermədə mitropolit Şio ən çox – 20 səs toplayaraq lider mövqeyə yüksəlib. Bu nəticə genişləndirilmiş kilsə yığıncağında qalib gəlmək üçün tələb olunan səslərin yarıdan çoxuna uyğundur.

İkinci yeri 7 səslə mitropolit İov, üçüncü yeri isə eyni sayda səslə mitropolit Qriqol tutub.

Qeyd olunur ki, səslərin bölgüsü dəyişməz qalarsa, mitropolit Şio geniş tərkibli kilsə məclisinin ilk turunda qalib gələrək Gürcüstanın 142-ci Katolikos-Patriarxı – Şio III ola bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan Patriarxlığına üç əsas namizəd müəyyənləşib — Fins.az — Fins.az