
Gürcüstan və ABŞ transmilli cinayətkarlıqla mübarizəni müzakirə edib
Fins.az - Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin direktoru Davit Kiknadze ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Gürcüstandakı attaşesi ilə görüş keçirib.
Görüş zamanı tərəflər transmilli cinayətkarlığa qarşı mübarizə, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.