
Günəşdə üç həftədən sonra ilk güclü alışma qeydə alınıb
Fins.az - Üç həftədən sonra ilk dəfə olaraq Günəşdə güclü alışma qeydə alınıb.
Alimlərin məlumatına görə, Günəşdə M sinifli alışma baş verib. Maksimum şüalanma Moskva vaxtı ilə saat 12:55-də qeydə alınıb və hadisə təxminən 20 dəqiqə davam edib.
Mütəxəssislər bildirirlər ki, bu hadisə təxminən bir aydır davam edən aşağı Günəş aktivliyi fonunda baş verdiyi üçün xüsusi maraq doğurur. Sonuncu dəfə bu sinfə aid alışma 25 fevral tarixində qeydə alınmışdı.