
Güclü leysan Tbilisi hava limanının fəaliyyətini pozub
Fins.az - Gürcüstanda yağan güclü leysan yağışları paytaxt Tbilisidə ciddi problemlərə səbəb olub.
Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında elektrik enerjisinin kəsilməsi nəticəsində fövqəladə vəziyyət yaranıb. Sərnişinlər gözləmə zalından təxliyə edilib. Hazırda hava limanının fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.