
“Google” şirkəti “Google Play”dən 600 əlavəni sildi: Mütəxəssislər deyir ki..
Google kompaniyası istifadəçiləri zəhlətökən reklamlardan qorumaq üçün Google Play mağazasından təxminən 600 tətbiqi silib.
Fins.az xəbər verir ki, Daily Mail nəşrinin yazdığına görə, bu əlavələri təxminən ümumilikdə 4,5 milyard dəfə yükləyiblər.
Maraqlısı budur ki, tam ekranı əhatə edən elanlar gözlənilmədən, məsələn onların smartfondan istifadə etmədikləri və ya zəng etməyə çalışdıqları zaman meydana çıxırdı.
Google mütəxəssisləri isə deyirdilər ki, bu əlavələr reklamın yerləşdirilməsi siyasətini pozur və qurğuların işini ləngidir.
Bundan başqa, elanların aqressiv nümayişi, brendlərin saytlarına təsadüfi keçidlər ilə nəticələnirdi. Bu isə o deməkdir ki, brendlər markalarının inkişafına boşuna pul xərcləyirdilər. Google kompaniyası isə bənzər tətbiqlərdə reklam yerləşdirən reklamverənlərin xərclərini kompensasiya etmək qərarına gəlib.
Xatırladaq ki, Google Playdən silinən əlavələrin çoxu Asiyada hazırlanıb. Məsələn, Çin, Honkonq, Sinqapur və Hindistan və s.
©Facemark.az