
G7 ölkələrinin maliyyə nazirləri Yaxın Şərq gərginliyi fonunda neft ehtiyatlarını müzakirə edib
9 mart tarixində “Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Yaxın Şərqdə baş verən münaqişələr fonunda neftin qiymətlərində kəskin artım riskinə qarşı fövqəladə ehtiyatların istifadəsini müzakirə ediblər.
Finss.az xəbər verir ki, bu barədə Fransa hökumətindəki mənbə “Reuters” agentliyinə açıqlama verib. Müzakirələrdə Beynəlxalq Enerji Agentliyi də iştirak edib və ABŞ daxil olmaqla üç G7 ölkəsi təşəbbüsü dəstəklədiyini bildirib.
Danışıqların əsas məqsədi qlobal enerji bazarlarında stabilliyi qorumaq və neft qiymətlərinin qeyri-müəyyən artımına qarşı vaxtında tədbirlər görməkdir. Mütəxəssislər bildirirlər ki, Yaxın Şərqdəki gərginlik qısa müddətdə neft qiymətlərinə təzyiq göstərə bilər və fövqəladə ehtiyatların istifadəsi qiymətlərin sabitliyinin təmin olunmasında mühüm rol oynayacaq.