Fransada rekord istilər səbəbindən iki nüvə reaktoru dayandırılıb

Fransada rekord istilər səbəbindən iki nüvə reaktoru dayandırılıb

DÜNYA
162

Fins.az - Fransanın ən böyük enerji şirkəti olan EDF (Électricité de France) rekord istilər fonunda ehtiyat tədbiri olaraq iki nüvə reaktorunun fəaliyyətini müvəqqəti dayandırıb.

Məlumata görə, dayandırılan reaktorlardan biri ölkənin şimalında Sena çayı üzərində yerləşən Nojan-sür-Sen Atom Elektrik Stansiyasında, digəri isə Lion şəhəri yaxınlığında, Rona çayı üzərində yerləşən Büje Atom Elektrik Stansiyasında fəaliyyət göstərirdi.

Şirkət bildirib ki, qərar yüksək temperaturun enerji obyektlərinin təhlükəsiz istismarına təsir göstərə biləcəyi ehtimalı nəzərə alınaraq qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada rekord istilər səbəbindən iki nüvə reaktoru dayandırılıb — Fins.az — Fins.az