
Fransada anomal istilər səbəbindən ölüm halları 30 faiz artıb
Fins.az - Fransada anomal isti hava şəraiti səbəbindən iyunun 22–28-ni əhatə edən həftədə ölüm halları əvvəlki həftə ilə müqayisədə 30 faizə yaxın artıb.
Fransanın İctimai Səhiyyə Agentliyinin (Santé publique France) məlumatına görə, bu dövrdə təxminən 2 025 əlavə ölüm halı qeydə alınıb.
Səhiyyə naziri Stefani Ristin sözlərinə görə, ən yüksək artım Paris regionunda müşahidə olunub. Burada ölüm halları əvvəlki həftə ilə müqayisədə 62 faiz yüksəlib.
Santé publique France bildirib ki, təqdim olunan göstəricilər ilkin hesablamalara əsaslanır və faktiki ölüm sayının daha yüksək ola biləcəyi istisna edilmir.