Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üçün hərbi qüvvələr yerləşdirib

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üçün hərbi qüvvələr yerləşdirib

DÜNYA
235

Fins.az - Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə Yaxın Şərqdə hərbi qüvvələr yerləşdirib.

Fransa Prezidenti Emmanuel Macron bildirib ki, regiona iki minatəmizləyən gəmi, iki freqat və bir dəniz patrul təyyarəsi göndərilib.

Onun sözlərinə görə, bu qüvvələr tərəfdaş ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyin tam bərpasına və təhlükəsiz hərəkətin təmin olunmasına töhfə verməyə hazırdır.

Makron qeyd edib ki, yerləşdirilən vasitələr əsasən dəniz minalarına qarşı müdafiə və beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyinin qorunmasına xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üçün hərbi qüvvələr yerləşdirib — Fins.az — Fins.az