
“Formula-1” Bəhreyn və Səudiyyə Ərəbistanında yarışları ləğv edə bilər
Fins.az - Gələn ay Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” yarışları Yaxın Şərqdəki gərginlik fonunda ləğv oluna bilər.
Bəhreyn Qran-prisi aprelin 12-də, Səudiyyə Ərəbistan Qran-prisi isə aprelin 19-da təşkil olunmalı idi. Sky News mənbələrinə istinadən xəbər verir ki, rəsmi qərar növbəti 48 saat ərzində açıqlanacaq.
Əvvəlcədən bildirildiyi kimi, əgər yarışlar ləğv olunarsa, “Formula-1” onları mövsüm təqvimi daxilində başqa mərhələlərlə əvəz etməyi planlaşdırmır.