
Floridada helikopter təyyarə ilə toqquşub, xəsarət alanlar var
Fins.az - Florida ştatında yerləşən North Perry Airport ərazisində helikopter qəzası baş verib.
Məlumata görə, yüngül tipli Robinson R44 havaya qalxmağa cəhd edərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopter çevrilərək yaxınlıqda olan təyyarəyə dəyib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.