
Florentino Peres “Real Madrid”də növbədənkənar prezident seçkiləri elan edib
Fins.az - Real Madrid CF klubunun prezidenti Florentino Pérez növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.
Əslində klub rəhbərliyi üçün növbəti seçkilərin 2029-cu ildə keçirilməsi planlaşdırılırdı.
Peres jurnalistlərə açıqlamasında istefa vermək niyyətində olmadığını bildirib və vurğulayıb ki, “Real Madrid” klub üzvlərinə məxsusdur, buna görə də gələcək rəhbərliyi onlar müəyyən etməlidirlər.
O əlavə edib ki, onu tənqid edən şəxslər də seçkilərdə iştirak edə və öz proqramlarını təqdim edə bilərlər.