Finlandiya Cənubi Koreyadan 635 milyon dollarlıq K9 haubitsa alacaq

Finlandiya Cənubi Koreyadan 635 milyon dollarlıq K9 haubitsa alacaq

DÜNYA
335

Fins.az - Finlandiya Cənubi Koreyadan 635 milyon ABŞ dolları dəyərində özüyeriyən K9 haubitsalarının alınması barədə müqavilə imzalayıb.

Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı Administrasiyasının (DAPA) məlumatına görə, Helsinkidə imzalanan razılaşma çərçivəsində Finlandiyaya 112 ədəd haubitsa çatdırılacaq. Müqavilənin detalları Finlandiya hökumətinin tələbi ilə açıqlanmayıb.

Bu, Finlandiyanın Cənubi Koreyadan K9 haubitsalarını ikinci dəfə almasıdır. 2017-ci ildə ölkə 96 ədəd bu tip artilleriya sistemi əldə etmişdi.

Qeyd olunur ki, K9 haubitsaları 30–40 kilometr məsafədə hədəfləri vura bilir və soyuq iqlim şəraitində də effektiv fəaliyyət göstərə bilir. Cənubi Koreya bu silah sistemlərini bir sıra ölkələrə, o cümlədən Polşa, Türkiyə, Norveç və Avstraliyaya da ixrac edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Finlandiya Cənubi Koreyadan 635 milyon dollarlıq K9 haubitsa alacaq — Fins.az — Fins.az