Filippində enerji sahəsində fövqəladə vəziyyət elan olunub

Filippində enerji sahəsində fövqəladə vəziyyət elan olunub

DÜNYA
385

Fins.az - Filippin Prezidenti Ferdinand Markos Yaxın Şərqdə davam edən münaqişənin yanacaq tədarükü və enerji sabitliyi üçün yaratdığı riskləri əsas gətirərək ölkədə enerji sahəsində milli fövqəladə vəziyyət elan edib.

Prezident martın 24-də sərəncam imzalayıb. Qərar, Yaxın Şərqdəki gərginliyin ölkədə enerji təchizatına təsir göstərə biləcəyi təhlükəsi fonunda qəbul olunub.

Energetika naziri Şeron Qarinin məlumatına görə, ölkənin mövcud istehlak səviyyəsi nəzərə alınmaqla təxminən 45 günlük yanacaq ehtiyatı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Filippində enerji sahəsində fövqəladə vəziyyət elan olunub — Fins.az — Fins.az