Fevral ayında qlobal çip satışları 1,6 dəfə artıb.

Fevral ayında qlobal çip satışları 1,6 dəfə artıb.

DÜNYA
450

Yarımkeçirici Sənaye Assosiasiyasının (SIA) məlumatına görə, fevral ayında qlobal çip satışları ötən ilin eyni ayı ilə müqayisədə 1,6 dəfə (61,8%) artaraq 88,78 milyard dollara çatıb.

Bu rəqəm yanvar ayı ilə müqayisədə 7,6% artıb. SIA-nın prezidenti və baş direktoru Con Neyfer bildirib ki, "Asiya-Sakit okean, Amerika və Çində satışlar illik artımın əsas hərəkətverici qüvvələri olub. Güclü qlobal tələbatın ilin sonuna qədər davam edəcəyi və satışların təxminən 1 trilyon dollara çatacağı gözlənilir."

Fevral ayında Amerikada satışlar illik müqayisədə 59,2%, Avropada 42,3%, Çində 57,4%, Asiya-Sakit okean və digər bölgələrdə isə 93,5% artıb. Bu arada, Yaponiyada satışlar 0,3% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fevral ayında qlobal çip satışları 1,6 dəfə artıb. — Fins.az — Fins.az