Estoniya 2027-ci ildə əlavə HIMARS sistemləri alacaq

Estoniya 2027-ci ildə əlavə HIMARS sistemləri alacaq

DÜNYA
441

Fins.az - Estoniya 2027-ci ildə əlavə HIMARS reaktiv yaylım atəşi sistemləri əldə edəcək.

Məlumata görə, Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) ilə ABŞ-ın “Lockheed Martin” şirkəti arasında üç əlavə HIMARS sisteminin alınmasına dair müqavilə imzalanıb.

Razılaşma çərçivəsində, həmçinin Estoniyanın müdafiə sənayesinə təxminən 11 milyon dollar həcmində investisiya qoyulması nəzərdə tutulur.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, əlavə sistemlər ölkənin və NATO-nun müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və daha uzaq məsafələrdə zərbə imkanlarını artıracaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Estoniya 2027-ci ildə əlavə HIMARS sistemləri alacaq — Fins.az — Fins.az