
Eritreyada saxlanılan yəmənli balıqçılar üç aydan sonra azad ediliblər
Fins.az - Eritreya hakimiyyəti tərəfindən saxlanılan 15 yəmənli balıqçı üç aydan sonra azad edilərək ölkələrinə qayıdıblar.
Məlumata görə, balıqçılar Yəmənin qərbində yerləşən əl-Hudeydə vilayətinin əl-Xuxə qəsəbəsinə çatdırılıblar.
Azad olunan şəxslər bildiriblər ki, onlar beynəlxalq sularda və Yəmənin ərazi sularında balıq ovu apararkən saxlanılıblar. Balıqçılar Eritreyanın onların ölkənin ərazi sularını qanunsuz keçməsi ilə bağlı iddialarını rədd edib, qayıqlarının və minlərlə dollar dəyərində balıqçılıq avadanlığının müsadirə olunduğunu açıqlayıblar.