
Erfurtda minlərlə insan AfD-nin qurultayına etiraz edib
Fins.az - Almaniyanın Erfurt şəhərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ikigünlük federal qurultayı geniş etiraz aksiyaları fonunda başlayıb.
Polisin məlumatına görə, qurultaya qarşı keçirilən aksiyalarda təxminən 15 min nəfər iştirak edib.
Hüquq-mühafizə orqanları səhər saatlarınadək etirazçıları daşıyan 200-dən çox avtobusun şəhərə daxil olduğunu bildirib.
Qurultay gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. Polis həm tədbirin, həm də etiraz aksiyalarının təhlükəsizliyini təmin etmək üçün şəhərdə geniş qüvvələr yerləşdirib.