Əraqçi ABŞ-nin İran limanlarına blokadasını atəşkəsin pozulması sayır

Əraqçi ABŞ-nin İran limanlarına blokadasını atəşkəsin pozulması sayır

DÜNYA
327

Fins.az - İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İran limanlarını blokadada saxlamasını atəşkəsin pozulması kimi qiymətləndirib.

Nazir sosial media hesabında bildirib ki, limanların blokadaya alınması müharibə aktı hesab olunur və bu, mövcud atəşkəs razılaşmasına ziddir. Onun sözlərinə görə, ticarət gəmilərinə hücum edilməsi və ekipaj üzvlərinin girov götürülməsi daha ciddi pozuntu sayılır.

Əraqçi vurğulayıb ki, İran bu cür məhdudiyyətlərə qarşı necə müqavimət göstərməyi bilir və ölkə öz milli maraqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əraqçi ABŞ-nin İran limanlarına blokadasını atəşkəsin pozulması sayır — Fins.az — Fins.az