
Emirates məhdud uçuş cədvəli ilə fəaliyyət göstərəcək
Fins.az - Emirates aviaşirkəti uçuşları məhdud cədvəl üzrə yerinə yetirəcəyini açıqlayıb.
Şirkətin bəyanatına görə, Dubay vaxtı ilə saat 10:00-dan sonra bəzi reyslər məhdud qrafik əsasında həyata keçiriləcək. Bildirilib ki, bu günə planlaşdırılmış bəzi uçuşlar ləğv olunub.
Bundan əvvəl Dubay hökumətinin media ofisi gecə saatlarında pilotsuz aparatla bağlı insident nəticəsində Dubay Beynəlxalq Hava Limanı yaxınlığında yanacaq çəninin alışdığını açıqlayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.