Ekspert: Yaxın dövrdə internet qiymətlərində artım ehtimalı realdır

Ekspert: Yaxın dövrdə internet qiymətlərində artım ehtimalı realdır

DÜNYA
243

Fins.az - Qlobal geosiyasi gərginliklər və xüsusilə İran–ABŞ münaqişəsi fonunda internet qiymətlərinin yaxın dövrdə artması ehtimalı real görünür.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazı ətrafındakı risklər, neft qiymətlərinin yüksəlməsi, həmçinin logistika və enerji sahələrində yaranan çətinliklər texnoloji sektorlara da təsir göstərir. Bu proseslər avadanlıq bazarında qıtlıq, çip istehsalında problemlər və ümumi xərclərin artmasına səbəb olur.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib ki, bu amillər internet infrastrukturuna da təsirsiz ötüşmür və qiymət artımı ehtimalını gücləndirir.

Onun sözlərinə görə, Azərbaycanda internet infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə yenilənib və GPON texnologiyası ilə hətta ucqar bölgələrdə də sürətli internet təmin olunub. Lakin bu sistemin dayanıqlığını qorumaq üçün avadanlıqların yenilənməsi və insan resurslarının gücləndirilməsi vacibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ekspert: Yaxın dövrdə internet qiymətlərində artım ehtimalı realdır — Fins.az — Fins.az