
Ekoloqlar: Xəzər suitilərinin 40 mindən çoxu tələf olub
Fins.az - Ekoloqların məlumatına görə, son illər ərzində Xəzəryanı beş ölkənin sahillərində 40 mindən çox Xəzər suitisi tələf olub.
Məlumata əsasən, ölən heyvanların orta yaşı 7,7 il təşkil edib. Bu göstərici 1990-cı illərin sonu ilə müqayisədə təxminən beş dəfə aşağıdır.
Mütəxəssislər bildirirlər ki, məhz bu yaşda Xəzər suitiləri cinsi yetkinliyə çatır və nəsil verməyə başlayırlar. Buna görə də gənc fərdlərin kütləvi tələf olması növün gələcək populyasiyası üçün ciddi təhlükə yaradır.