Dünyanın ən zəngin 10 insanının arasına daxil olan İLK ASİYALI

Dünyanın ən zəngin 10 insanının arasına daxil olan İLK ASİYALI

DÜNYA
899

Pandemiyaya görə, çətinliklər müş.ahidə edilən, enerji sahəsində fəaliyyət göstərən Hindistanlı milyarder Mukesh Ambani və Jio telekommunikasiya şirkəti, 15 milyard dollar sərmayəsi ilə dünyanın ən zəngin 10 adamından biri olmağa müvəffəq olub.

Fins.az xəbər verir ki,27 mərtəbəli 173 metrlik super göydələndə yaşayan Ambanin sərvətinin 65 milyard dollara yaxın olduğu qeydə alınıb
Enerji, neft-kimya, telekommunikasiya, pərakəndə satış və s. Bir çox sektora sərmayə qoyan hindli milyarder Mukesh Ambani, pandemiya dövründə sərvətinə sərvət  qata bilib .

Relaince adlı holdinqin 42 faizinə sahib olan Ambani, şirkətin rəqəmsal vahidi olan Jio-ya qoyulan investisiya sayəsində sərvətini 64,5 milyard dollara qədər artırıb Oracle-nin sahibi Larry Ellisonu və Fransız Francoise Bettencourt Meyersi  geridə qoyan Ambani, Bloomberg Milyarderləri İndeksinə görə dünyanın 10 ən varlı adamı sırasında yer alan ilk Asiyalı milyarder olub.

Pandemiyanın müsbət təsir etdiyi telekommunikasiya sektorunda fəaliyyət göstərən Jio şirkətinin sahibi Ambani-ya 15 milyard. dollar qazanc əldə edə bilib.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyanın ən zəngin 10 insanının arasına daxil olan İLK ASİYALI — Fins.az — Fins.az