Dünyanın ən böyük aysberqi A23a parçalanaraq yox olmağa yaxınlaşır

Dünyanın ən böyük aysberqi A23a parçalanaraq yox olmağa yaxınlaşır

DÜNYA
279

Fins.az - Dünyanın ən böyük aysberqi kimi tanınan A23a artıq mövcudluğunun son mərhələsinə çatıb. Alimlərin məlumatına görə, buz nəhəngi parçalanaraq kiçik hissələrə bölünür və demək olar ki, tamamilə yox olur.

Son 40 il ərzində müşahidə edilən bu aysberq həyat dövrü ərzində sahəsinin 99 faizini itirib. Əgər ötən ilin əvvəlində onun sahəsi təxminən 1300 kvadrat kilometr idisə, hazırda bu göstərici 50 kvadrat kilometrdən də aşağı düşüb.

Mütəxəssislər bildirirlər ki, A23a son aylarda açıq sularda sürətlə hərəkət edərək təxminən 1000 kilometr məsafə qət edib və parçalanma prosesi getdikcə sürətlənir.

Bu hadisə qlobal iqlim dəyişikliklərinin və okean sularının təsirinin buz massivlərinə necə təsir etdiyini göstərən növbəti nümunələrdən biri hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyanın ən böyük aysberqi A23a parçalanaraq yox olmağa yaxınlaşır — Fins.az — Fins.az