
Dünyada dollar milyonçularının sayı 25,3 milyona çatıb
Fins.az - Capgemini şirkətinin illik World Wealth Report hesabatına görə, 2025-ci ildə dünyada dollar milyonçularının sayı 7,9 faiz artaraq 25,3 milyon nəfərə çatıb.
Hesabatda qeyd olunur ki, varlı şəxslər (HNWI) dedikdə əsas yaşayış yerinin dəyəri nəzərə alınmadan 1 milyon dollardan çox aktivə sahib olan insanlar nəzərdə tutulur.
Ötən il dollar milyonçularının ümumi sərvəti də əhəmiyyətli dərəcədə artıb. Belə ki, onların məcmu var-dövləti 8,7 faiz yüksələrək 98,3 trilyon dollara çatıb. Bu, son beş ilin ən yüksək artım tempi hesab olunur.