
Dünya Bankı və BVF-nin 2029-cu il sessiyası Əbu-Dabidə keçiriləcək
Fins.az - Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik payız sessiyası 2029-cu ildə Əbu-Dabidə keçiriləcək.
Birgə açıqlamaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri bu tədbirə sonuncu dəfə 2003-cü ildə ev sahibliyi edib və həmin sessiya Dubayda baş tutub.
Ənənəyə görə, tədbir iki il ardıcıl olaraq Vaşinqtonda təşkil olunur, üçüncü ildə isə üzv ölkələrdən birində keçirilir. 2026-cı ildə sessiyanın Banqkokda baş tutacağı planlaşdırılır.
Payız sessiyası çərçivəsində qlobal iqtisadiyyatın əsas problemləri, o cümlədən maliyyə sabitliyi, məşğulluğun artırılması və yoxsulluqla mübarizə məsələləri müzakirə olunur. Tədbirdə mərkəzi bank nümayəndələri, maliyyə nazirləri, özəl sektor rəhbərləri, eləcə də ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.