Dübəndi çimərliyi yaxınlığında neft sızmasının mənbəyi müəyyən edilib

Dübəndi çimərliyi yaxınlığında neft sızmasının mənbəyi müəyyən edilib

DÜNYA
299

Fins.az - 19 iyunda SOCAR-ın “Azneft” İstehsalat Birliyinə Dübəndi çimərliyi ərazisində neft çirklənməsi izlərinin aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumata görə, ilkin yoxlamalar zamanı Piraallahı adası ilə Dübəndi qəsəbəsi arasında yerləşən akvatoriyada helikopter və gəmilərin iştirakı ilə neft ləkəsi müəyyən edilib.

İlkin mərhələdə sızmanın aktiv mənbəyini dəqiq müəyyənləşdirmək mümkün olmayıb və çirklənmənin bir neçə ehtimalı nəzərdən keçirilib. Hazırda araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dübəndi çimərliyi yaxınlığında neft sızmasının mənbəyi müəyyən edilib — Fins.az — Fins.az