DTT ABŞ-ın Çinə tətbiq etdiyi vergi tariflərinin ədalətli olmadığı barədə qərar verib

DTT ABŞ-ın Çinə tətbiq etdiyi vergi tariflərinin ədalətli olmadığı barədə qərar verib

DÜNYA
438

Dünya Ticarət Təşkilatı (DTT) ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinin ticarət qanunlarına zidd olduğu barədə qərarını açıqlayıb.

Açıqlamada qeyd edilib ki, ABŞ 2018-ci və 2019-cu illərdə Çindən idxal edilən 200 milyard dollar dəyərində məhsullara əlavə gömrük vergisi tətbiq etməsini "ictimai əhval-ruhiyyə" baxımından "Gömrük tarifləri üzrə ümumi saziş" (GATT) çərçivəsində "ədalətli" olduğunu göstərmişdi.

DTT-nin yaydığı açıqlamada əlavə gömrük vergilərinin təkcə Çin məhsullarına tətbiq olunduğu üçün GATT qaydalarına uyğunluğu iddiasının əsassız olduğu barədə qərar verdiyi və ABŞ-ın bu vergiləri tətbiq etməklə imtiyaz əldə etdiyi vurğulanıb. DTT-nin aidiyyəti orqanının ABŞ tərəfindən əlavə vergi tariflərinin tətbiqinin "ictimai əhval-ruhiyyəni yüksəltmək üçün atılan addım" olması barədə irəli sürülən dəlillərinin uğursuz olduğu və əsas kimi göstərilən mülahizələrin ədalətli olmadığı nəticəsinə gəldiyi qeyd edilib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DTT ABŞ-ın Çinə tətbiq etdiyi vergi tariflərinin ədalətli olmadığı barədə qərar verib — Fins.az — Fins.az