Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi SOCAR olub

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi SOCAR olub

DÜNYA
364

Fins.az - Ulu Öndər Heydar Aliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turniri başa çatıb.

Tennis Akademiyasında keçirilən final oyununda SOCAR komandası ilə “Azərişıq” üz-üzə gəlib. Qarşılaşma SOCAR-ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.

Üçüncü yer uğrunda keçirilən oyunda isə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluq təmsilçilərini 2:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyası tərəfindən birgə təşkil olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi SOCAR olub — Fins.az — Fins.az