DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib

DÜNYA
181

Fins.az - Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinin son turunda Portuqaliya K qrupunda Özbəkistanı 5:0 hesabı ilə məğlub edib.

Qələbə sayəsində Portuqaliya qrupu lider kimi başa vuraraq pley-off mərhələsinə vəsiqəsini rəsmiləşdirib. Özbəkistan isə mundialla vidalaşıb.

Qrupun digər oyununda Kolumbiya Konqo Demokratik Respublikasını 1:0 hesabı ilə məğlub edib.

Beləliklə, K qrupunda yekun vəziyyət belə olub:

  • Portuqaliya – 7 xal

  • Kolumbiya – 6 xal

  • Özbəkistan – 4 xal

  • Konqo Demokratik Respublikası – 0 xal

Portuqaliya və Kolumbiya mundialın pley-off mərhələsində mübarizəni davam etdirəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib — Fins.az — Fins.az