
DÇ-2026-nın yarımfinal cütləri müəyyənləşib
Fins.az - Futbol üzrə 2026-cı il dünya çempionatının 1/4 final mərhələsinin başa çatması ilə yarımfinal cütləri müəyyənləşib.
Yarımfinal qarşılaşmaları aşağıdakı kimidir:
14 iyul: Fransa – İspaniya (Bakı vaxtı ilə 00:00, 15 iyul)
15 iyul: İngiltərə – Argentina (Bakı vaxtı ilə 00:00, 16 iyul)
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilir. Turnirin qrup mərhələsində ilk dəfə rekord sayda – 48 milli komanda iştirak edib.
Hazırkı dünya çempionu Argentina millisi hesab olunur.